Sərt münasibət !- “Diplomatiyamızın qara səhifəsi arxada qaldı”

“Çünki diplomatiyamızla bağlı problemlər insanları çox sarsıdırdı”

“İndi XİN digər sturukturların arasında öz layiqli yerini tutacaq”


Bu gün Elmar Məmmədyarov xarici işlər naziri vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.  Bundan başqa ölkə başçısının daha bir sərəncamı ilə Ceyhun Bayramov təhsil naziri vəzifəsindən azad edilərək Azərbaycanın xarici işlər naziri təyin edilib. 

Qeyd edək ki, Prezidenti İlham Əliyevin 2 aprel 2004-cü il tarixli sərəncamı ilə Elmar Məmmədyarov Azərbaycanın xarici işlər naziri vəzifəsinə təyin edilib. O, bu postda 1999-cu ildən bu vəzifəni yerinə yetirən Vilayət Quliyevi əvəzləyib. 2020-ci il iyulun 15-də baş tutan Nazirlər Kabinetinin iclası zamanı ölkə başçısı İlham Əliyev Tovuz döyüşləri zamanı Xarici İşlər Nazirliyinin və nazir Elmar Məmmədyarovun göstərdiyi fəaliyyəti sərt tənqid edib. Nəticədə 16 iyul 2020-ci ilin 16 iyulunda E.Məmmədyarov nazir vəzifəsindən azad edilib.

Vəziyyəti “Sherg.az”a şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov yeni naziri təbrik edərək ona işində uğurlar arzulayıb:

“Yeni xarici işlər nazirinin qarşısında duran vəzifələr çox ağırdır. Şadam ki, diplomatiyamızın qara səhifəsi artıq arxada qaldı. Çünki diplomatiyamızla bağlı problemlər insanları çox sarsıdırdı.

XİN cəmiyyətdə müxtəlif formalarda adı hallanan nazirliyə çevrilmişdi. Təbii ki, belə olmamalıdır. Bu, anormal bir haldır. Çünki bir çox diplomatımız dünyanın müxtəlif yerlərində vətənə xidmət ediblər.

Əminliklə demək istəyirəm ki, bu günlər arxada qalıb. Yeni nazir ona verilən təlimatları alarkən xoşagəlməz məsələləri həll edəcək.  XİN digər sturukturların arasında öz layiqli yerini tutacaq”.