"Rusiyanın çağırışlarına cavab kimi Azərbaycan xalqının Qarabağ mitinqlərini göstərmək lazımdır" - Politoloq 


"Ermənistan baş naziri Nikol Paşinyan Baş Qərargahda silahlı qüvvələrin rəhbər heyəti ilə görüşüb".
Bu barədə "Sherg.az"a politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, Azərbaycanın Tovuz istiqamətində düşmənə vurduğu zərbələr Paşinyanı və ordu rəhbərliyinin təşvişdə saxlayır:

"Paşinyan çıxışında ölkəmizdəki müharibə ritorikasından, Prezident İlham Əliyevin bəyanatlarından və bunun Qarabağ cəbhəsinə keçməsindən narahatdır. Rusiyaya növbəti dəfə sığınan Ermənistan Azərbaycanın növbəti eslakasiyasının Qarabağa keçməsi ilə məğlubiyyətlə üzləşəcəklərini yaxşı bilir. Paşinyanın Baş Qərargahda çıxışından sonra işğalçı ölkə cəbhədə təxribatları artıra bilər. Onlar indidən bunu qabartmaqla Azərbaycanı qabaqlamaq istəyirlər".

Analitik bildirib ki, bu vəziyyət Azərbaycanın lehinədir:

"Qarabağ cəbhəsində Ermənistanın təxribatlarının qarşısını alaraq bir neçə rayonu azad edə bilərik. Rusiyanın mövqeyinə görə geri addım atmamalıyıq. İşğal olunmuş ərazilərdə hərbi əməliyyatlara başlamaq Azərbaycanın öz daxili işidir. Ona görə də Rusiya rəsmilərinin çağırışlarına cavab kimi Azərbaycan xalqının hazırkı Qarabağ mitinqlərini göstərmək lazımdır. Rusiyanın müdafiə naziri Sergey Şoygu Bakıya zəng edərək Moskvanın keçirdiyi hərbi təlimlərin Ermənistan-Azərbaycan arasında baş verən münaqişə ilə bağlı olmadığını qeyd edib".