Abdulla Sofuyev "Dünyanın ən təsirli elm adamları" siyahısında yer alıb


Türkiyənin Süleyman Dəmirəl universitetinin dörd alimi "Dünyanın ən təsirli elm adamları" siyahısına daxil olmağı bacarıblar. "Elmi məqalə sayı", "yazıçı sırası" kimi meyarlardan ibarət siyahıda Türkiyənin 196 alimi yer alıb.
 
 Sherg.az türk mediasına istinadən xəbər verir ki, "Pios Biology" adlı elmi məqalədə dərc olunan siyahıda universitetin Tibb fakültəsinin Əsas tibbi biliklər kafedrasının müəllimi Prof. Dr. Mustafa Nazıroğlu, İnşaat fakültəsi çevrə inşaatı kafedrası müəllimi Prof. Dr. Mehmet Kitiş, Mühəndislik fakültəsi mədən mühəndisliyi kafedrasının müəllimi Prof.Dr. Ata Uktu Akçil, Mühəndislik fakültəsi inşaat mühəndisliyi kafedrasının müəllimi, həmyerlimiz Prof. Dr. Abdulla Sofuyev dünyanın ən effektli elm adamlarından oldu.