Rayonda narkotik əkib-becərən saxlanıldı

Salyan rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, rayonun Kürqaraqaşlı kəndi sakini Bünyad Zayıdov yaşadığı evin həyətyanı sahəsində kultivasiya yolu ilə narkotika tərkibli bitkilər əkib-becərdiyi məlum olub. Polis əməkdaşlarının ekspertlərin iştirakı ilə həmin evin həyərinə baxışı zamanı Bünyad Zayıdovun əkdiyi 46 ədəd narkotik xassəli bitki sayılan çətənə kolu aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.
Faktla bağlı Salyan rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.