Cənubi Koreyada beş aydan sonra koronavirusa rekord yoluxma

Ötən gün ərzində Cənubi Koreyada 166 yeni koronavirus infeksiyası qeydə alınıb. Bu, son beş ayda ən yüksək göstəricidir.

Bu barədə “Yonhap” ölkənin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatlarına istinadən xəbər yayır.

Yeni yoluxma hallarının əksəriyyəti Seul və paytaxt ətrafındakı ərazilərdə qeydə alınıb.

Pandemiya dövründə ölkədə 15 min nəfərdə koronavirus aşkarlanıb, 305 nəfər ölüb.