Firəngiz Mütəllimova Yaşarı unutmadı

Dahi sənətkar, mərhum aktyor Yaşar Nurinin doğum günüdür. Yaşasaydı 69 yaşını qeyd edəcəkdi...
Ad günü münasibətilə sevənləri, sənət dostları Y.Nurini yada salıb.
“Sherg.az” xəbər verir ki, bir vaxt mərhum sənətkarla sevgi dedi-qoduları yayılan tanınmış aktrisa, Xalq artisti Firəngiz Mütəllimova da Yaşar Nurini unutmayıb. O, instaqram səhifəsində aktyorun fotosunu paylaşaraq bunları yazıb:

“Bu gün həmişə yaşar Yaşarın doğum günüdür. Allah rəhmət eləsin. Bunu yazarkən onun teatrımızda təmtəraqla qeyd etdiyimiz 60 illik yubileyini xatırladım. Son ad günü idi... Allah ailəsini qorusun”.