40 il öncə öldürülmüşdü

Qatil modern DNT texnologiyası ilə tapıldı

Qətlə yetirilmiş 18 yaşlı Mikelle Martinkonun qatili 40 ildən sonra tapılıb.
"Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, hadisə ABŞ-da yaşanıb. Belə ki, 19 dekabr 1972-ci ildə ABŞ-ın Ayova ştatının Cedar Rapids şəhərində gənc qız ailəsi ilə birlikdə yemək yedikdən sonra Vestdal Mola yollanıb. Ora dostları ilə görüşməyə gedən Mikellenin meyiti sonradan ticarət mərkəzinin avtoparkında tapılıb. 
Tədqiqat zamanı Martinkonun sinə nahiyəsindən və bədənin müxtəlif yerlərindən 10 bıçaq zərbəsi vurulduğu aşkarlanıb. Dəhşətli qətldən 40 il keçməsinə baxmayaraq, daha inkişaf etmiş DNT texnologiyasının istifadə nəticəsində qatilin kimliyini müəyyənləşdirmək mümkün olub. Aparılmış tədqiqat nəticəsində məlum olub ki, qatil qonşunun qohumu Jerri Linn Burnsdir.