Azərbaycanın yeganə yolu budur: “Ancaq güc, ancaq silah...”  

Sentyabrın 14-ü axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib. Düşmənin atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur.


Bölmələrimizin cavab atəşi ilə qarşı tərəf susdurulub. Göründüyü kimi, düşmən təxribatlarına son qoymur, elə “qan, qan” deyir. Qana qanla cavab vermək isə adətdəndir...


 
Ermənistanın növbəti fitnəsi barədə “Sherg.az”a danışan “Qarabağ” Azadlıq Təşkilatının sədri Akif Nağı belə bir şəraitdə Azərbaycanın yeganə yolu qaldığı qənaətindədir:

"Düşmən təxribatını davam elətdirir. Hətta bununla kifayətlənməyib, işğala cəhd edir. Onlar vaxtı ilə zəbt etdikləri Azərbaycan torpaqlarını indi “qədim Ermənistan” kimi göstərirlər. Amma bizim başqa yolumuz qalmayıb.

Danışıqlara heç bir ehtiyac yoxdur. Onsuz da onlar nəticə vermir. Üstəlik, düşmən tərəfinin qıcıqlandırıcı hərəkətləri hərbi əməliyyatlarıə zəruri edir. Deməli, ancaq güc, ancaq silah...

Başqa yolumuz yoxdur”.