İsrailin Beyrut və ölkənin digər şəhərlərini bombalaması nəticəsində 254 vətəndaşın həlak olması ilə əlaqədar aprelin 9-da Livanda ümummilli matəm elan edilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Nəvaf Səlamın sərəncamında deyilir.
N.Səlam dövlət qurumlarının, ictimai təşkilatların və bələdiyyələrin bağlanması barədə göstəriş verib. Hər yerdə dövlət bayraqları endiriləcək. Hökumət, həmçinin radio və televiziyanın veriliş proqramlarını tənzimləyəcək.