Qüdsdə müqəddəs məkanlara giriş məhdudiyyətləri ləğv edilib

İsrail hüquq-mühafizə orqanları ABŞ və İran arasında əldə olunan atəşkəs fonunda Qüdsdə müqəddəs məkanlara girişlə bağlı tətbiq olunan məhdudiyyətləri aradan qaldırıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yumşaldıcı tədbirlər aprelin 9-u səhər saatlarından qüvvəyə minəcək. Qərar arxa cəbhə xidmətinin komandanlığının göstərişlərində edilən dəyişiklikdən sonra qəbul olunub.

Bildirilib ki, ziyarətçilərin təhlükəsizliyinin təmin olunması məqsədilə Qüdsün Köhnə şəhərində və müqəddəs məkanlara aparan yollarda yüzlərlə polis və sərhədçi yerləşdiriləcək.

Qeyd edək ki, daha əvvəl İsrailin Ben-Qurion hava limanının fəaliyyətinin aprelin 9-na keçən gecə tam bərpa olunacağı açıqlanmışdı.