Atəşkəs razılaşması göstərdi ki... - Pezeşkian

Əldə edilən atəşkəs İranın münaqişələri diplomatik yolla həll etməyə hazır olduğunu nümayiş etdirir.

Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığında deyib.

"İranın atəşkəsi qəbul etməsi məsuliyyətin və münaqişələri diplomatik yolla həll etməyə ciddi hazırlığının açıq əlamətidir", - deyə Pezeşkian bildirib.

Pezeşkian həmçinin AB-ni ABŞ və İsrailin hərəkətlərini və İrana hücumlarını pisləməkdə aydın və qətiyyətli mövqe nümayiş etdirmədiyinə görə tənqid edib.