Tarazlıq ən böyük ehtiyacdır - ARAŞDIRMA

Mütəxəssislər bildirir ki, ruh sağlamlığı fiziki sağlamlıq qədər vacibdir. Araşdırmalara görə, insanların təxminən 30%-i həyatının bir dövründə psixoloji problemlə qarşılaşır.

Sherg.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, insanın fiziki, psixoloji və sosial həyatı arasında tarazlıq olduqda o, sağlam hesab edilir. Bu tarazlıq pozulduqda isə diqqət dağınıqlığı, yuxu problemləri, halsızlıq, narahatlıq və tükənmişlik kimi əlamətlər ortaya çıxır.

Psixoloji problemlər yalnız ruh halına deyil, eyni zamanda baş ağrısı, həzm pozğunluğu və ürək döyüntüsü kimi fiziki əlamətlərə də səbəb ola bilər.

Mütəxəssislər özbaşına dərman istifadəsindən çəkinməyi və belə hallarda vaxtında psixoloji dəstək almağı tövsiyə edir. Sağlam psixologiya üçün isə nizamlı həyat tərzi, kifayət qədər yuxu, idman, düzgün qidalanma və sosial media istifadəsinin məhdudlaşdırılması vacib sayılır.