Sumqayıt sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində baş verən hadisə zamanı 1990-cı il təvəllüdlü Nurullayev Samir Fətulla oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. 

Yaralı xəstəxanaya yerləşdirilərək cərrahi əməliyyat olunub. 

Faktla bağlı araşdırma aparılır.