Qazidən MÜJDƏ: "Ordumuz düşməni səs çıxarmağa qoymur"  

Dünəndən etibarən cəbhədən şad xəbərlər gəlməkdədir. Deyəsən, tarixi qələbəyə yaxınlaşırıq. Ordumuz düşməni özgə torpağına “əl uzatdığına” görə peşman etməkdədir. İndi düşmən silahlı qüvvələri pərən-pərəndirlər. Bunun əsas səbəbi isə Azərbaycan cəmiyyətindəki ruh yüksəkliyidir. Nəinki şəxsi heyətimiz, mülki əhalimiz də döyüşə hazırdır.

Qarabağ qazisi Kamil Musavi “Sherg.az”a açıqlamasında ordumuza inamını ifadə edib:

“Mən tez-tez cəbhə xəttində oluram. Mülki əhalinin hər biri torpaqların azadlığı uğrunda vuruşmaq istəyir. Amma buna ehtiyac yoxdur. Çünki Azərbaycan ordusunun peşəkarlığı, şəxsi heəytimizin hazırlığı, silahlanması ən yüksək səviyyədədir. Bir müddət əvvəl keçirilən uğurlu təlimlər də ordumuzun döyüş qabiliyyətinin artırılmasına kömək edib. Ordumuz düşməni sözün əsl mənasında səs çıxarmağa qoymur. Cəbhəboyu nəzarət silahlı qüvvələrimizin tam nəzarəti altındadır".