Müsəlman futbolçu "Liverpul"un tarixinə düşdü

İngiltərənin "Liverpul" komandasının misirli ulduz futbolçusu Məhəmməd Salah klubunun "100-lər" siyahısına düşüb.

Axar.az xəbər verir ki, o, "Everton"la derbi matçında (2:2) qol vurmaqla "Liverpul" formasında 100-cü dəfə fərqlənib.

Qeyd edək ki, Məhəmməd Salah klubun tarixində 100-dən çox qol vuran 17-ci futbolçu olub.