Mahir Emreli koronavirusa yoluxdu

"Qarabağ"ın daha bir futbolçusunda koronavirus aşkarlanıb.
Lent.az qol.az-a istinadən xəbər verir ki, hücumçu Mahir Emrelinin son testi pozitiv çıxıb. Bu səbəbdən millimizin də üzvü olan forvard Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda sabah "Makkabi" (Təl-Əviv) ilə keçiriləcək oyun üçün İstanbula aparılmayıb.

Qeyd edək ki, daha öncə virusa yoluxan "Qarabağ"ın kapitanı Maksim Medvedev və digər müdafiəçi Rahil Məmmədov artıq sağalıb. Millinin düşərgəsində olarkən virus aşkarlanan və Xorvatiyada karantinə alınan bu futbolçulardan Rahilin bu gün komandaya qoşulacağı gözlənilir.

Xatırladaq ki, komandanın baş məşqçisi Qurban Qurbanov da virusa yoluxduğu üçün səfərə yollanmayıb.