Böyük gün !- “Dünyanın gözü Azərbaycandadır”

“Bu zəfər dünyaya türkün gücünü, qüdrətini göstərdi”

“Dünya gördü ki, bu regionda son söz türkündür və həlledici məqamda biz yekun qərarı veririk”


“Bu gün böyük gündür, dünyanın gözü Azərbaycandadır”.

Bu sözləri “Sherg.az”a millət vəkili Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, bütün dünyanı heyrətə gətirən Azərbaycan Ordusunun Zəfər yürüşü keçirilir: 

“Ölkəmizdə ikinci dünya müharibəsindən sonra ilk Zəfər paradı keçirilir. Bu gün Azərbaycan ordusu 27 ilə yaxın bir vaxtda işğal edilmiş torpaqlarını 44 günə azad etməsinin bayramını qeyd edir. Bizə bu müqəddəs günü yaşadan Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Bu gün Vətənimizdə tarixi an yaşanır. Qarabağın alınması və ölkə bütövlüyümüzün tamamlanması münasibətilə keçiriləcək  Zəfər paradımızda , 2783 türk əsgəri 2783 şəhid ruhunu təmsilən orada iştirak edir. Hərbi qənimətlər və öz müzəffər ordumuz bizim qürurumuzu oxşayır. Bu xalq bu zəfərə, bu bayrama layiqdir. Həmçinin keçirilən Qələbə paradında qazilərimiz də unudulmadı. Vətən uğrunda canını, qanını əsirgəməyən igidlərimizin bir qrupu hərbi maşınların üzərində tribuna önündən keçəcək”.



Deputat qeyd edib ki, türk dünyası yeni uğurlar astanasındadır: 

“Bakıda baş tutan zəfər paradı Qarabağın işğaldan xilas olması ilə yanaşı, eyni zamanda Azərbaycan Türkiyə münasibətlərinin yeni bir mərhələyə keçməsini göstərir. Bu zəfər dünyaya türkün gücünü, qüdrətini göstərdi. Dünya gördü ki, bu regionda son söz türkündür və həlledici məqamda biz yekun qərarı veririk. Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı zəfər bütün dünya türklüyünün zəfərinin, yenidən doğuluşunun addım səsləridir. Türkiyə və Azərbaycanın birgə fəaliyyəti, regionda və dünyada söz sahibinə çevrilmələri türk dünyasının gücünə güc qatacaq. Tarixi torpaqlarımızda təkrar söz sahibinə çevrilməyimiz, önümüzdə dayanan bütün əngəlləri, maneələri aradan qaldıracaq. 10 dekabr tarixində keçirilən Zəfər paradımız bu birliyin müjdəçisi kimi tarixə keçəcək. İndi Azərbaycan xalqı qüdrətli sərkərdə və müdrik lideri İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşib bayram tədbirlərini keçirir. Məğlub xalq olan ermənilər isə Paşinyanın istefasını tələb edirlər.

Bu baxımdan, illər keçdikcə Zəfər Gününün, onun sevincini paylaşmaq üçün keçirilən tədbirlərin əhəmiyyəti daha aydın görünəcək”.