Ağır fəsadlar geri qayıda bilər

Koronavirusdan sağalanlar müalicəni davam etdirməlidirlər

Boğazı qarqara etməklə virusdan qorunmaq kimi bir anlayış hələ sübut olunmayıb

Yeni növ koronavirus (COVID-19) pandemiyası zamanı ağız boşluğu gigiyenasına xüsusi diqqət yetirilməlidir. COVID-19 virusuna yoluxmuş şəxsin asqırması və ya öskürməsi zamanı ağız və burun boşluğundan havaya buraxılan kiçik damcılar vasitəsilə virus yayılaraq digər insanlara keçə bilər. Yoluxma damcının başqasının nəfəs yoluna düşməsi nəticəsində baş verir.

Koronavirus əvvəl boğaza düşür, sonradan isə tənəffüs yolları və ciyərlərdə yerləşən hüceyrələrə keçir. Hazırda istər koronavirusa yoluxmamaq üçün, istərsə də koronavirusa yoluxanlar qarqaradan istifadə edirlər. "Britiş jurnal"ın yaydığı məlumata görə, tərkibində xlorqeksilin və setilpiridinyum xlorid olan qarqaralar koronavirusa qarşı daha effektlidir.

“Xlorqeksil Ekstra” məhsulunda isə bu komponentin hər ikisi var və Avropada “Xlorqeksil” qarqarasından məhz koronavirusa yoluxma riskinə və yayılmasına qarşı gündəlik gigiyenada çox geniş istifadə olunur. Xlorqeksidin tərkibli “Xlorqeksil” antiseptik təsir göstərib, ağız boşluğunda olan virus, mikrob, bakteriya və göbələklərə qarşı mübarizə aparır.

Məsələ ilə bağlı “Şərq”ə açıqlama verən həkim Sevindik Şirinov deyib ki, gündəlik “Xlorqeksil”in istifadəsinin koronavirusa yoluxma riskini azaldıb azaltmaması sübut olunmamış bir metoddur. Buna görə də insanlar bundan istifadə edərkən son dərəcə ehtiyatlı olmalıdırlar. Həkim həmçinin diqqətə çatdırıb ki, COVİD-19 xəstələri 14 gün müalicə aldıqdan sonra hər şey bitdi deyib müalicələrini davam etdirmirlər:

“Koronavirusa yoluxmuş şəxslər müalicələrini saxlamamalıdırlar. Təbii ki, yəni əgər simptomatika davam edirsə. Çünki bu halda ağır fəsadlar baş verə bilər”.