"Qorxuya ehtiyac yoxdur, Facebook-da kimlərsə oturub şəxsi yazıları oxumur" - Texnobloqer Fərid Pərdəşünas 


“Son istifadəçi şərtləri yenilənməsi ilə “WhatsApp” qeyd edir ki, reklam hədəflənməsi və bir sıra şəxsiləşdirmələr səbəbindən məlumatlarımız Whatsapp-dan Facebook-a ötürülür və istifadə edilir. Burada qeyri-adi adi bir şey yoxdur. Yəni bu indi baş verməyib. İllərdir bu belədir”.
 
Sherg.az xəbər verir ki, bu sözləri Azərbaycanın ən böyük texnologiya agentliyi olan "Technote" media şirkətinin təsisçisi, texnobloqer Fərid Pərdəşünas deyib. O bildirib ki, Facebook WhatsApp-ı alandan bu belə davam edir və inkişaf edir:

“ Facebook sadəcə indi bunu etiraf edib, bizə bildirir. Bəs niyə indi edir bunu? Səbəb sadədir. WhatsApp-ı haradan yükləyirik? App Store və Play Store. Bu platformalar kimindir? Apple və Google-un. İndi Apple və Google deyir ki, əziz Facebook, bax insanların məlumatın alırsan, bəlkə bunu özlərinə deyib, razılaşdırasan?! Bəli, qəbul olunmuş GDPR qaydalarına, əsasən istifadəçidən hansı rəqəmsal məlumatlar götürülürsə, bu mütləq razılaşdırılmalıdır. Yəni, onsuz da bugünə qədər gedən, gedib. Artıq 10-larla məlumatınız Facebook-dadır. Adicə Tavush Bot -la mən rəsmi formada ermənilərin 10-larla məlumatını götürə bilmişdim. Onlar da buna etiraz edirdi ki, Facebook buna niyə icazə verir? Bəli, Facebook buna icazə verir. Mark Zuckerbergin pulun ver, istifadəçinin datasını al. Bu qədər bəsitdir“.

Texnobloqer vurğulayıb ki, ümumiyyətlə əgər bir xidmətdən pulsuz istifadə edirlirsə, orada ödənişinizi sizin şəxsi məlumatlar edir:

“Yekun olaraq qorxuya ehtiyac yoxdur, Facebook-da kimlərsə oturub şəxsi yazıları oxumur. Oxuya da bilməz, çünki data milyardlarladır. Bunu xüsusi süni zəkalı alqortimlər edir və sizin maraqları təyin edir. Yəni, siz datanı elə süni zəkalara verirsiniz“.