Madriddə güclü partlayış olub, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB

Madriddə baş verən partlayışda ölənlər və xəsarət alanlar var.
APA-nın “RİA Novosti”yə istinadən məlumatına görə, İspaniya paytaxtının mərkəzindəki partlayış nəticəsində ən azı altı nəfər yaralanıb, bir neçə nəfər həlak olub.

***

18:31

İspaniyanın paytaxtı Madriddə güclü partlayış baş verib.

APA-nın “RİA Novosti”yə istinadən məlumatına görə, hadisə şəhərin Toledo küçəsində qeydə alınıb. Partlayış nəticəsində binalardan birinin bir hissəsi dağılıb.

Hadisənin başvermə səbəbi və zərərçəkənlər barədə məlumat verilmir.