Azərbaycan-Türkiyə qardaşlığının təntənəsi... - Təsirli video

Azərbaycan - Türkiyə qardaşlığının qədim tarixi, milli, dini, mənəvi, mədəni köklərə malik olduğu heç kimə sirr deyil. Bu qardaşlıqdan doğan birlik və həmrəylik bu gün də ən nümunəvi formada davam edir. Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsi ərəfəsində bu həmrəliyin şahidi olduq, onun ən real örnəklərini gördük, yaşadıq. 

Qardaş Türkiyədə 7-dən 70-ə hər kəs Azərbaycanın haqq savaşını dəstəklədi, ölkəmizə dəstəyini aydın şəkildə dilə gətirdi.

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və eyni zamanda digər yüksək ranqlı şəxslərin dəstəyinin davamlı xarakter daşıması, eləcə də bu dəstəyin yüksək tribunalardan səsləndirilməsi Azərbaycan-Türkiyə qardaşlığının ən bariz təcəllası idi. 

Aşağıda paylaşılan videoda Türkiyə PUA-larının yaradıcısı Səlcuq Bayraqdarın və Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimin də çıxışları birliyimizə, gələcəyimizə hesablanan mesajlarla doludur. Dostlar sevinsin , düşmənlərin isə canına vəlvələ düşsün.

Videonu izləyin.