Düşünmək belə dəhşətlidir: Topladığı kuklaları ağaclardan asmağa davam edib

 Ağac budaqlarından asılmış yaşlı və çürüyən körpələrlə dolu bir ada, hətta bu barədə düşünmək də dəhşətlidir. Bəhs etdiyimiz yer La Isla de Las Munecas "Körpələr Adası"dır. Qaranlıq və əsrarəngiz keçmişi ilə həqiqətən qorxu dolu bir yerdir. 



Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, “Körpələr Adası” hekayəsi Don Julian hekayəsi ilə sıx bağlıdır. Meksikanın Xochimilco qəsəbəsindən olan Don Julian 20-ci əsrin ortalarında arvadını və ailəsini tərk edərək Teshuilo gölündə bir adada tək yaşamağa başlayıb. Bura köçdükdən bir müddət sonra qorxunc  bir hadisə ilə qarşılaşıb: göldə boğulmuş bir qız cəsədi. Qızın yanında isə bir kukla da tapıb. Ehtimal ki, bu, elə həmin qızcığaza məxsus olub. Don Julian kuklanı götürüb və mərhum qızın ruhunu xatırlamaq üçün bir ağacın üstünə asıb. Bu andan etibarən özünü adanın qoruyucusu kimi görən adam bir kuklanın yetərli olmadığını düşünüb. Növbəti 50 il ərzində müxtəlif yerlərdən topladığı kuklaları ağacların üstünə asmağa davam edib.



 Zibilliklərdən, kanallardan və hətta zamanla kukla bağışlayan insanlardan da toplayaraq adanı bugünkü vəziyyətinə gətirib. Bəzi kuklalar bütövlükdə asılıb, bəziləri isə hissələri ilə. Çünki hissələri itkin olduğu üçün başsız və ya bədənsiz asılıblar. Bütün bu hərəkətlər psixoloji cəhətdən sağlam bir insanın edəcəyi kimi görünmür və əslində onların gerçəkliyində də bəzi şübhələr var. Ən böyük sual işarəsi, boğularaq öldüyü iddia edilən qızın hekayəsinin doğru olub-olmamasıdır. Don Julianın tərk edilmiş ailəsi də daxil olmaqla bir çox insan ölən qızı tam bir xəyal hesab edir. Qızın var olub-olmadığı məlum deyil, amma aydın olan budur ki, Don ömrünün çox hissəsini ona həsr etdi. Don Julianın ölümü belə qızın ölümü ilə eyni idi. Onun cəsədi "Donun qızı tapdığını iddia etdiyi kanalda" kimi boğulmuş formada tapılıb. Bu hadisədən sonra bölgəyə minlərlə turist axın etməyə başlayıb. Dünyanın bir çox yerindəngələn turistlər gəlinciklər gətirib ağaclara asırlar. Hələ də Don Julian və onun körpəsinə (gerçək və ya yox) kuklaları asaraq hörmət etməyə davam edirlər və ruhlarını xatırlayırlar.