Yaponiyada erkək olduğunu iddia edərək zooparka gətirilən begemotun DNT testi nəticəsində 7 il sonra dişi olduğu müəyyənləşib.
Sherg.az xəbər verir ki, aprelin 18-də Yaponiyanın Osaka Tennoji zooparkından verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:
“Gen-çan” 2017-ci ildə Meksikadakı Afrika Safarisindən erkək kimi gəldi və indiyə qədər erkək kimi böyüdü, lakin yaşlandıqca o, erkəklərə xas davranış nümayiş etdirmirdi və onun cinsiyyət orqanları vizual olaraq yoxlanıla bilmədi. Onun həqiqətən erkək olub-olmadığına dair bəzi şübhələr var idi. Nəticədə kənar təşkilat tərəfindən DNT testi aparılıb və heyvanın dişi olduğu müəyyən edilib”.
Səlahiyyətlilər Yaponiyaya gəldiyi zaman 5 yaşında olan “Gen-çan”ın ölkəyə giriş sənədlərində erkək kimi yazıldığını bildirərək, begemot adının dəyişdirilməyəcəyini də vurğulayıblar.