Yaşı 4 min ildir və hündürlüyü 20 metrdir! Görən heyrətlənir

  Adananın Aladağ rayonunda mühafizə altında olan 4 min illik meşə sarmaşığı görənləri valeh edir.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, 7-ci Təbiəti Mühafizə və Milli Parklar Regional Müdirliyi tərəfindən monumental ağac kimi qeydə alınan min illik sarmaşıq çoxəsrlik kökləri və yaşıl yarpaqları ilə heyrətləndirir.

Təbiəti Mühafizə və Milli Parklar tərəfindən monumental ağac kimi qeydə alınan və qorunan nəhəng sarmaşıq Meydan Yaylasının Bığbığı yerində 20 metr uzunluğunda, 23 metr tac enində və 2,3 metr diametrində böyüməyə davam edir.


Rayona gələn qonaqların diqqətini çəkən nəhəng sarmaşıq həm də rayondakı təbii rəngarəngliyə öz töhfəsini verir. Su ilə təbiətin qovuşduğu ərazilər vizual şənlik yaradır.

Hər kəsin illərə meydan oxuyan nəhəng sarmaşıq görməyə gəldiyini ifadə edən Sinan Koyuncu, “4 min illik ağacdır. Hər kəs bu ağacı görmək üçün rayonumuza gəlir. Bu, təbiətin möcüzəsidir" deyir.