Mərkəzi Amerika ölkəsi olan Panamada 1300 ildən çox yaşı olduğu təxmin edilən məzar tapılıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Panama Mədəniyyət Nazirliyinin Mədəni İrs üzrə direktoru Linette Monteneqro mətbuata verdiyi açıqlamada Kokle əyalətindəki El Kano arxeoloji sahəsində qazıntılar zamanı İspan dönəmimdən əvvəlki dövrə aid məzar tapıldığını bildirib.
Monteneqro, "1300 ildən çox yaşı olduğu təxmin edilən bir məzar müəyyən etdik. İki cəsəd, bir gəlinin cehiz əşyaları, bir az qızıl, keramika, beş sinə kəməri, qızıl muncuq, dörd qolbaq, sırğa, qızılla örtülmüş çanta və müxtəlif boyunbağılar tapılıb”- deyə vurğulayəb.
Monteneqro məzarın dövrün hökmdarına aid olduğunu proqnozlaşdırdıqlarını bildirib.
Bölgədə arxeoloji qazıntılar 2008-ci ildən davam edir.