Minalı ərazilərin xəritəsi verilmir !- “Rəsmi Bakı gücü çatanı edir, Rusiya isə...”

“Bir gün ərzində 3 nəfər hərbçimizin şəhid olması haqqında məlumatlar yayılıb...Qarabağda başladığımız işin yarımçıq saxlanılması bizə yeni-yeni xoş olmayan "sürprizlər" gətirəcəyi əvvəlcədən məlum idi”. Bu sözləri keçmiş millət vəkili, iqtisadçı-ekspert Nazim Bəydəmirli özünün Facebook hesabında yazıb.O qeyd edib ki, Rusiyadan erməni terroristlərini bəsləməyinə son qoymağı tələb etmək lazımdır:

“Bu, "sülhməramlı" adı altında Rusiya işğalçı hərbçilərinin sayını artırmaq üçün edilir”.

 
 
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Sherg.az”a açıqlamasında bu fikirlərə münasibət bildirdi:

 “Rusiya azərbaycanlıların öz ata-baba torpaqlarına qayıtmasının qarşısını almaq və orada erməniləri məskunlaşdırmaq istəyir. Əlbəttə, Moskva istəsə, minalanmış ərazilərin xəritəsini Ermənistandan alardı. Amma istəmir. Rəsmi Bakı isə əslində gücü çatanı edir.

Fikrimcə, beynəlxalq qurumlara da müraciət etmək lazımdır.
Çünki indiki vəziyyət- ərazilərin minalanması beynəlxalq hüququn pozulmasıdır”.