Meteoroloji xidmət xəbərdarlıq edir: Yola çıxanlar ehtyatlı olsun!

ETSN Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu xəbərdarlıq edir ki, aprelin 5-də Bakıda və Abşeron yarımadasında cənub küləyinin sürətinin arabir 15-18 m/s-dək güclənəcəyi gözlənilir.

Deməli, havanın hazırda isti və sakit keçməsinə o qədər də arxayın olmamalıyıq.  Çünki Türkiyə metereolojisi ölkənin xüsusən də Azərbaycan sərhədlərinə yaxın bölgələr – Travzon, Doğu Anadolu, Qara dəniz bölgəsində havanın kəskin pisləşəcəyini elan edib. Son dəqiqə məlumatına görə, 4 bölgə üçün qar xəbərdarlığı edilib. Mərmərə, Egey dənizi və Qara dənizə bağlı orta və qərb bölgələrində leysan yağışlar, güclü lodos - cənub-qərb küləyi əsəcək. Doğu Anadolu bölgəsində qar, İç Anadoluda leysanlar gözlənilir. Doğu Anadoluda güclü buzlanma, don və sis, dağlıq ərazilərdə hətta qar uçqunu təhlükəsi var. Ərzurum, Ərdəhan, Ərzincan, Trabzon və Qars ətrafında axşan saatlarında sulu qar və qar proqnozlaşdırılır. Doğu Qara dənizlə Doğu Anadoluda havaların istiləşməsi, temperaturun yüksəlməsi qar örtüyünün əriməsinə səbəb olacaq ki, bu da qar uçqunu təhlükəsi yaradır. Meteoroloji xidmət vətəndaşları təhlükə barədə xəbərdar edir və yola çıxanları ehtyatlı olmağa çağırır.