Rusiya niyə Türkiyəyə uçuşları dayandırıb?- Açıqlandı

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə ilə uçuşların dayandırılması qərarına aydınlıq gətirib.
Bu barədə “Sherg.az” “RİA Novosti”yə istinadən xəbər verir.
Bildirilir ki, uçuşların dayandırılmasının Ukrayna dövlət başçısı Vladimir Zelenskinin Ankaraya səfəri ilə əlaqəsi yoxdur. 
Onun sözlərinə görə, qərar Türkiyədə koronavirusla əlaqədar epidemioloji vəziyyətin pis olmasına görə verilib.