Hərbi Qənimətlər Parkına giriş ödənişli olacaq?

Hərbi Qənimətlər Parkına girişin ödənişli olacağı düşünülür. Bu barədə araşdırmaçı-jurnalist Cavid İsmayıl öz Feysbuk hesabında yazıb.
“Sherg.az” xəbər verir ki, o yeni bir təklif də irəli sürüb:
“Hərbi Qənimətlər Parkına giriş böyük ehtimalla, bütün muzeylər kimi, ödənişli olacaq. Təklif edirəm ki, ödənişli olacaqsa, giriş haqqından əldə edilən vəsait bütünlüklə YAŞAT Fondunun hesabına köçürülsün”.