Çingiz Aytmatovun həyat yoldaşı vəfat etdi 

Dünyaca məşhur Qırğızıstan yazıçısı Çingiz Aytmatovun 79 yaşlı həyat yoldaşı Mariya Aytmatova dünyasını dəyişib. 
"Sherg.az" "Sabah.com"a istinadən xəbər verir ki, M.Aytmatova COVİD-19 səbəbindən müalicə aldığı xəstəxanada ölüb.
Aytmatovanın gəlini Sabira Aytmatova sosial media hesabında bu sözləri qeyd edib:
"Anam xeyirxah və ağıllı bir qadın idi. Ailəmiz üçün böyük bir itkidir".