Bakıda fərqli Lavrov görəcəyik:10 noyabr razılaşmasına görə...”

Məlum olduğu kimi, Rusiya xarici işlər naziri Sergey Lavrov bu günlərdə İrəvanda rəsmi səfərdə oldu. Ermənistanlı həmkarı Ara Ayvazyan və baş nazir Nikol Paşinyanla görüşən Lavrov noyabrın 10-da imzalanan üçtərəfli sazişin şərtlərinin yerinə yetirilməsi ilə bağlı müzakirələr aparıb. Bir neçə gün sonra isə o, Bakıya gələcək.
Bəzi analitiklərn fikrincə, Lavrovun Cənubi Qafqaz səfəri ciddi məqsədlərlə bağlıdır. Nazir adəti üzrə yenə “suları bulandırmağa” çalışır. Hətta kənardan bir qədər fərqli görünsə belə...

 Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Lavrovun Ermənistana səfərinin mahiyyətini “Sherg.az”a şərh etdi: 

“Məsələyə iki əsas konteksdən yanaşmaq lazımdır: Azərbaycanla olan münasibətlər baxımından və Ermənistandakı daxili siyasət nöqteyi-nəzərindən. Bildiniz kimi, İrəvanda seçkilər ərəfəsidir. Lavrov “nəbzi tutmaq” istəyir. Onun protokol qaydalarına uyğun olaraq qondarma erməni soyqırımı abidəsini ziyarət etməsi, kommunikasiyalarla bağlı bəyanatı Ermənistanın daxili siyasətinə yönəlmiş pozitiv məqamlardır. Həmçinin rusiyalı nazirin mesajlarının bir qismi də ATƏT-in Minsk qrupunun üzvlərindən biri olan Fransanın fəallaşması ilə əlaqədardır”.

Ə. Əlibəyli eyni zamanda Lavrovun Bakıya səfəri barədə proqnozlarını da bölüşdü:

“Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasında münasibətlərin gərgin olduğu məlumdur. Lavrov daxildə siyasi sabitliyin yaranmasını istəmir. Və müxtəlif mesajlarla Rusiyanın Ermənistandakı gücünü göstərir. Amma Bakıda fərqli- Azərbaycan, 10 noyabr razılaşması və Kreml sahibi Vladimir Putin qarşısında öhdəliklərin yetirilməsinə görə məsuliyyət daşıyan Lavrov görəcəyik”.