Bakıda kişi yeznəsi tərəfindən bıçaqlanıb

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Sherg.az" "APA"ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Cəfərov Fərrux Məmmədağa oğlu yeznəsi ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində araşdırma aparılır.