Cəlilabadda atanın törətdiyi qəzada qızı öldü - YENİLƏNİB

Cəlilabad rayonunda baş verən yol qəzasında ölən şəxsin kimliyi məlum olub.


“Report”un Muğan bürosunun məlumatına görə, yol qəzasında sürücünün övladı, Qasımzadə Ruqiyyə Məhəmməd qızı vəfat edib.

Həmçinin, qəza nəticəsində bir nəfər yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir

****

19:45

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.


"Report"un məlumata görə, hadisə rayonun Göytəpə şəhərində baş verib. "Nissan" markalı minik avtomobilinin aşması nəticəsində bir nəfərin öldüyü və xəsarət alanların olduğu bildirilir.

Hazırda onların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.