Marsa getməsə, insanlar öləcək

Elon Maskın açıqlaması heyrətləndirdi

"Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri Elon Mask son açıqlamasında diqqət çəkici sözlər söyləyib. "Şərq" xarici mətbuata istinadən xəbər verir ki, o, son açıqlamasında bildirib ki, insanlar əgər Marsa getməsə, onlar həlak olacaqlar. O bildirib ki, son 100 ildə həyatımızda çox dəyişiklik olub: "Dünya müharibələri, kosmik araşdırma, yaxşı və ya pis texnologiyalarla tamamilə fərqli bir nöqtəyə gəldik. Nəticə olaraq dünyamız da bundan təsirləndi. Marsa getməsək, insan nəsli tezliklə bitəcək. Əhali sayının günbəgün artması Yer kürəsində müəyyən tarazlığı pozmaqdadır. Əlimizdə olan imkanlar bizə orada  müstəmləkə yaratmağımıza imkan verir". 
Qeyd edək ki, bir çox insanlar onun bu fikrinə bir o qədər də önəm verməməkdədir. Bəziləri hesab edir ki, o, sadəcə Marsa getmək üçün müştəri axtarışındadır.