Şirkət  100 kiloqramdan artıq  insanları işə götürməyə başlayıb

Yaponiyada geyim sənayesində fəaliyyət göstərən bir şirkət maraqlı bir xidmətə başlayıb.

Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, yapon dilində istifadə olunan debu (artıq çəki) və kariru (kirayə) sözlərinin birləşməsindən yaranan "Debucari" adlı xidmətə başlayan şirkət artıq çəkidə olan insanları işə götürməyə başlayıb. "Yaponiyada 100 kiloqramdan artıq bir çəkiyə çatmaq bacarıq tələb edir" şüarı ilə yola çıxan şirkət sözügedən xidmətin məqsədinin artıq çəkinin olması ilə bağlı qərəzi məhv etmək olduğu ifadə edib.

Şirkət müştəriləri üçün fotosessiyalar və reklam çarxlarında böyük ölçülü modellər təqdim edir. Şirkət ayrıca fərdi müştərilərə də xidmətlər təklif edir. Belə ki, şirkət 100 kiloqramdan yuxarı olan bütün şəxsləri sıralarına qoşulmağa dəvət edib.