Xarici diplomatlar Ağdamda Cümə məscidini ziyarət ediblər - FOTO



Azərbaycanda akkreditasiya olunmuş səfirlər, hərbi ateşələr, diplomatlar, Azərbaycana qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatlar Ağdamda Cümə məscidini ziyarət ediblər.

APA-nın məlumatına görə, diplomatlara ermənilərin işğal dövründə məsciddə törətdikləri vandallıq barədə məlumat verilib.

Qusarda mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb - VİDEO - YENİLƏNİB
Ali məktəb və kolleclərə sənəd qəbulu başa çatıb
Konstitusiya məhkəməsi Kəlbəcərdə minaya düşərək həlak olanlarla bağlı bəyanat yayıb
***

saat 13.44

Azərbaycanda akkreditasiya olunmuş səfirlər, hərbi ateşələr, diplomatlar, Azərbaycana qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatlar Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” kompleksində olublar.

APA-nın Qarabağ bürosunun məlumatına görə, diplomatlar kompleksin ərazisini gəzib, ermənilərin işğal müddətində burada törətdiyi dağıntıları gözləri ilə görüblər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və məşhur fotoqraf Reza Deqqəti diplomatlara ermənilərin işğal zamanı Pənahəli xanın, İbrahim xanın, Mehdiqulu xanın türbələrini, Xan qızı Xurşidbanu Natəvanın məzarını dağıtdıqları barədə məlumat verib.

***

saat 12.56

Azərbaycanda akkreditasiya olunmuş səfirlər, hərbi ateşələr, diplomatlar, Azərbaycana qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatların Ağdama səfəri başlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatları işğal dövründə Ermənilərin Ağdamda törətdikləri dağıntılar və hazırda Ağdamda aparılan quruculuq işləri ilə tanış edəcək.