57 yaşlı kişi tapançasını təmizləyərkən arvadını öldürdü - FOTO

57 yaşlı kişi tapança ilə həyat yoldaşını öldürdü.  Hadisə Antalyanın Alanya bölgəsində baş verib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, 57 yaşlı Süleyman Kara məhəllə muxtarıdır.  Məlumatda qeyd olunur ki, muxtar axşam saatlarında tapançasını təmizləyərkən silah qəfil açılıb və güllə qarşıda dayanmış həyat yoldaşı 52 yaşlı Aysel Karaya dəyib. Güllə qadının köksünün sağ tərəfinə dəyib.

S.Kara təcili yardıma və polisə zəng dib. Hadisə yerinə gələn təcili yardım maşınıyla Aysel Kara yaxınlıqdakı xəstəxanaya aparıb, əməliyyata alınıb, lakin həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

A.Karanın cənazəsi tibbi-ekspertiza aprılması üçün Ədli Tibbə, muxtar Süleyman Kara isə saxlanılaraq polis şöbəsinə aparılıb.