Bakıda mənzildən meyit tapılıb

Bakıda mənzildə bir nəfərin meyiti tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.


Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü Adıgözəlova Lalə Xosrov qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.