Türkiyə kəşfiyyatı PKK-çını yaxalayıb

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında PKK terror təşkilatına qarşı xüsusi əməliyyat keçirib.
"Report" xəbər verir ki, əməliyyat nəticəsində "Piro Karker" kod adlı PKK-çı Cimşit Dəmir yaxalanıb.
Qeyd edək ki, araşdırma nəticəsində adıçəkilən terrorçunun Avropaya qaçmağa hazırlaşdığı da məlum olub.