Paşinyanın tərəfdaşını evində döyərək bıçaqlayıblar

Ermənistanda hakim "Mənim addımım" koalisiyasının və Yerevan Ağsaqqallar şurasının üzvü Arman Antonyan naməlum şəxslərin hücumuna məruz qalıb.
"Sherg.az" Trend-ə istinadən xəbər verir ki, dəyənək və bıçaqlarla silahlanmış şəxslər gecə saatlarında Paşinyanın tərəfdaşı A.Antonyanın evinə daxil olub.
Hücum nəticəsində A.Antonyan ciddi xəsarətlər alıb. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Hadisə ilə bağlı cinayət işi başlanıb, hücumun motivləri araşdırılır.