"Formula-2" yarışında sıralama turu başa çatdı





SOCAR Azərbaycan Qran-prisində "Formula-2” üzrə sıralama yarışı başa çatıb.

"Sherg.az"ın məlumatına görə, 30 dəqiqəlik yürüşün nəticəsinə əsasən sabah keçiriləcək yarışda pilotların start xəttindəki ardıcıllığına aydınlıq gəlib.
Sıralama turunun qalibi adını "Karlin” komandasının pilotu Nobuharu Matsuşita qazanıb. O, dövrəni 1 dəqiqə 54,555 saniyəyə qət edib. Nik de Vries ("Art Grand Prix”) ikinci, Luka Çiotto ("Uni-Virtuosi”) üçüncü olub.
Qeyd edək ki, N. Matsuşita 2017-ci ildə Montsadan sonra ilk dəfə sıralamada birinci yeri tutub.