Baba Vəziroğlunun Musa Yaquba SON ZƏNGİ:Heç olmasa bir “salam” desin...”

Xəbər verdiyimiz kimi, xalq şairi Musa Yaqub vəfat edib. Uzun müddətdir Parkinson xəstəliyindən əziyyət çəkən şair bu gün dünyasını dəyişib.
Bu məlumatı şair-kinodramaturq Baba Vəziroğlu “Sherg.az”a danışarkən təsdiqləyib:
“Musa müəllim İsmayıllıda reanimasiyada idi. Axşam həkimi ilə danışdım. Özünün danışmağa taqəti yox idi. Sonra vəfat xəbərini eşitdim. Bu gün səhərə yaxın rəhmətə gedib. Srağa gün özü mənə zəng etmişdi, danışdıq.  Ona “Az TV”də verliş həsr etmişdik. Ona görə təşəkkür etdi. Dünən dedilər ki, reanimasiyadadır, vəziyyəti ağırdır. Söylədim ki, heç olmasa bir “salam” desin. Dedilər, halı yoxdur”.

B.Vəziroğlu həmçinin koronaya yoluxduğu üçün şairin dəfn mərasiminə qatıla bilməyəcəyini söyləyib:

“Dəhşətə gəlirəm,10 gündür karantindəyəm. Musa müəllimin dəfninə gedə bilmirəm. Məni yandırıb-yaxan onu son mənzilə yola sala bilməməyimdir”.