Lalə Azərtaşın çıxışı PLAGİAT imiş-VİDEO

Aparıcı Lalə Azərtaşın Türkiyədəki yanğınlar haqda "Birinci studiya" proqramındakı çıxışı ilə bağlı şok fakt ortaya çıxıb.  
"Sherg.az"  xəbər verir ki, aparıcının səsləndirdiyi mətn şair, jurnalist Ulucay Akifə məxsusdur. Lakin "Xəzər" TV istinad vermədən yazarın məqaləsindən istifadə edib.Bu barədə U.Akifin özü Feysbuk səhifəsində yazıb: 


"Lalə Azərtaş "Xəzər" TV-nin dünənki xəbər buraxılışında mənim Türkiyədəki yanğınla bağlı yazdığım yazının mətnini səsləndirib. Bu çox gözəldir. Amma pis olan odur ki, Lalə xanım bunları öz sözləriymiş kimi deyir. Axı, ayıbdır. Birə-bir cümlələri götürüb efirdə özününmüş kimi səsləndirmək vallah ayıbdır. Mətni Lalə xanıma redaktorlar da yazıb vermiş ola bilər. Bu da həm ayıbdır, həm biabırçılıq. Bir xanım jurnalist dostum bunu mənə yolladı, deyir yazını oxumuşdum, axıra kimi gözlədim ki, müəllifin adını çəksin, çəkmədi. Yəni həmin xanım dostum mənə deməsə, mən də xəbərdar olmayacaqdım. Bu da saytdan xəbər oğurlamaq deyil axı, bu müəllif yazısıdır. Belə məsələlərdə diqqətli olsaz, sevinərəm. Həmin yazının linkini şərhə yerləşdirəcəm".

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.