Mərhum xalq şairi Zəlimxan Yaqub sağlığında sevənləri ilə görüşlərin birində maraqlı açıqlamalar verib.
“Sherg.az”ın məlumatına görə, o, bir oxucusunun “Adətən babalar nəvələrinin qabiliyyətinə bələd olurlar, digərlərindən seçirlər. Sizdə də belə olubmu?” sualını cavabsız qoymayıb:
“Babamın 40 nəvəsi var idi. Özü də 90 yaşına qədər yaşadı. Souşurdular ki, hansı nəvəni çox istəyirsən? Deyirdi , Zəlimxanı. Onlar da söyləyirdilər ki, şair olduğu üçünmü çox sevirsən? Qayıdırdı ki, yox, üç məsələyə görə onu çox istəyirəm: Yeyəndə doymur, işləyəndə yorulmur, danışda da mızıldanmır”.