Zəka Vilayətoğlunun "Şah ölüm"ü təqdim ediləcək

"Şah ölüm" təqdim ediləcək.
"Sherg.az" xəbər verir ki, tanınmış yazıçı Zəka Vilayətoğlunun qələmə aldığı romanın təqdimatı baş tutacaq. Ədəbiyyat əsəri XlX əsrin sonları, XX əsrin əvvəllərində Gədəbəy yaşamış əsilzadə Məcid ağa Şəkibəyovdan, onun cümhuriyyət dövründə daşnaklara, daha sonra bolşevik işğalına qarşı Gədəbəydə və Göyçədə apardığı azadlıq mübarizəsindən bəhs edir. Təqdimat 1 may, saat 15:00-da, Kitabevim.az-da baş tutacaq. İştirak sərbəstdir.