AYB 203 min manatın hesabatını nə vaxt verəcək? - RƏSMİ

Azərbaycan Yazıçılar Birliyi XIII Qurultay üçün ayrılan 203 min manatla bağlı hesabat verəcək.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, məbləğin hansı istiqamətlər üzrə xərclənməsi maliyyə hesabatı zamanı açıqlanacaq:
“Bu hesabatın verilməsi isə dekabr ayının sonuna təsadüf edəcək”.
Qeyd edək ki, oktyabrın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayı keçirilib.
Tədbirdən sonra Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayevin AYB-nin XIII qurultayı üçün ayrılan 203 min manatın hara xərclənməsi barədə suala cavabında jurnalisti təhqir edərək, “Utanmırsan, ölmürsən, bu sualı mənə verirsən?” deməsi böyük qalmaqala səbəb olub.