Kiyevdə İnterpol xətti ilə axtarışda olan azərbaycanlı saxlanılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, “Kiyev” aeroportunun sərhəd-keçid məntəqəsində saxlanılan 1961-ci il təvəllüdlü şəxsin Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən dələduzluq ittihamı ilə axtarışda olduğu müəyyənləşib.