Rusiyanın Perm diyarının Oktyabr rayon məhkəməsi Azərbaycan vətəndaşı Rəhman Axundov barəsində hökm çıxarıb.
Lent.az -ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, o, yerli meşə fonduna 26 milyon rubl ziyan vurduğuna görə, 4 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, 2017-2018-ci illərdə Axundov qeyri-qanuni əsasda iki briqada təşkil edərək Oktyabr rayonu meşə massivində əsil “ağac soyqırımı” törədib.
Onun briqadası min iki yüz kubmetr şam və küknar ağacını doğrayaraq satıb.
Axundov cəzasını ümumi rejimli cəza müəssisəsində çəkəcək.