Bu ərazilərdə 2 saat qaz olmayacaq


Bu gün saat 16:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin balansında olan qaz ölçü qovşaqlarında quraşdırılan mövcud daraldıcı qurğuların sərfiyyata uyğun yeni qurğularla əvəzlənməsi işləri aparılacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən “məlumat verilib. Bildirilib ki, bu müddət ərzində Şabran rayonunun mərkəzi və bir neçə kənddə qaz təchizatı dayandırılacaq.