Bakıda meymun ingilisi dişlədi

Dünən saat 21:11-də, 58 yaşlı Britaniya vətəndaşı, sol saitin dişlənmiş yarası diaqnozu ilə Təcili Tibbi Yardıma müraciət edib. Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən Sherg.az-a verilən məlumata görə, həkimlər onu Kliniki Tibbi Mərkəzə çatdırıblar.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, əcnəbi vətəndaşın yarası işləndikdən sonra ona zərdab vurulub. Hazırda ambulator müalicə alır. Yaralı şəxs həkimlərə meymun tərəfindən dişləndiyini bildirib.